2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Ukraynaya hərbi yardımı gücləndirir

Vaşinqton/01.09.21 Vaşinqton Rusiyanı Ukraynanın Krım vilayətinin qanunsuz işğalına son qoymağa çağırmağa “davam edəcək”, bu barədə müdafiə naziri Lloyd Ostin çərşənbə axşamı Pentaqonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə bildirib, xəbəri TURAN-ın ABŞ-dakı müxbiri verib.

Prezident Zelenski ABŞ-Ukrayna münasibətlərinin aspektlərini müzakirə etmək üçün Vaşinqtonda səfərdədir. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, bu gün günorta prezident Bayden Oval Kabinetdə onunla görüşəcək.

“Bu səfər Rusiyanın Donbas və Krımda davam edən təcavüzü qarşısında Birləşmiş Ştatların Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daimi dəstəyini təsdiq edəcək. Həmçinin, enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımız və prezident Zelenskinin korrupsiyaya qarşı mübarizə səylərinə dəstək, ortaq demokratiya dəyərlərimizə əsaslanan İslahatlar Proqramının həyata keçirilməsi danışıqlar mövzusu olacaq”, deyə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və Avroatlantik səylərinə dəstəyimiz sarsılmazdır”, deyə çərşənbə axşamı Zelenskini Pentaqonda qarşılayan Lloyd Ostin bildirib.

“Rusiyanın təcavüzü qarşısında yanınzda dayanmağa davam edəcəyik”, deyə o söz verib. Onun sözlərinə görə, Vaşinqton Ukrayna ilə strateji müdafiə sahəsində tərəfdaşlığı möhkəmləndirmək istəyir. Bu məqsədlə Ostin müdafiə naziri Andrey Taranto ilə strateji müdafiə haqqında çərçivə sazişi imzalayıb. Sənəd iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə xidmət edir və “təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığımızın Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə köməyi davam etdirməsi üçün ortaq prioritetləri təşviq edir”, deyə Ostin bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, sazişdə müdafiə sənayesində islahatlar, Ukraynanın NATO-ya üzv olmaq səylərinə dəstək və Qara Dənizdə təhlükəsizlik, kibermüdafiə və kəşfiyyat məlumatlarının mübadiləsi kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.

Krım Rusiya tərəfindən işğal edildikdən sonra ABŞ Ukraynaya 2,5 milyard dollardan çox yardım göstərib. Prezident Baydenin razılığı ilə Ukrayna Javelin tank əleyhinə sistemlərin 60 milyon dollar dəyərində yeni partiyasını əldə edəcək. Ümumilikdə isə Vaşinqton təkcə bu il Ukraynaya təhlükəsizlik sahəsində 400 milyon dollardan çox vəsait ayırıb. -25B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button